RU

Putin Türkmənistanla həmkarı ilə müzakirə APARDI

Rusiya prezidenti Vladimir Putin türkmənistanlı həmkarı Serdar Berdiməhəmmədovla telefon danışığı aparıb.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Vladimir Putin telefon danışığı zamanı Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovu ad günü münasibətilə səmimi qəlbdən təbrik edib. Rusiya-Türkmənistan strateji tərəfdaşlığının daha da hərtərəfli möhkəmləndirilməsinə qarşılıqlı sadiqlik təsdiqləndi”, – məlumatda deyilir.

Söhbət zamanı ölkə liderləri iri beynəlxalq tədbirlərə hazırlıq məsələlərini müzakirə ediblər. Xüsusilə, söhbət Moskvada və Kazanda keçiriləcək MDB və BRİKS sammitlərindən, eləcə də şair və filosof Məqtimqulu Fraqinin 300 illik yubileyinə həsr olunmuş Aşqabadda keçiriləcək forumdan gedir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
2
konkret.az

10Источники