RU

Şəkidə sürücünün ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATI

Ötən axşam Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayon hissəsində baş verən qəzanın ilkin baş vermə səbəbləri bəlli olub. 

Bizim.Media-nın yerli bürosu hadisə şahidlərinə istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi rayonun Köbər Zəyzid kəndi ərazisində qeydə alınıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Şəkidə maşın ağaca çırpıldı - Sürücü həlak oldu


Belə ki, kənd sakini Elnur Mustafayev idarə etdiyi “VAZ-21099” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq ağaca çırpılıb.

Hadisə yerinin ilkin təhqiqi və şahidlərin sözlərinə görə, avtomobil sürətlə hərəkətdə olarkən onun qarşısına inək çıxıb. Sürücü hadisədən yayınmaq məqsədi ilə avtomobili kənara çəksə də qəzadan yayına bilməyib. Nəticədə həyatı bahasına başa gəlib. 

Baş vermis qəza ilə bağlı araşdırma aparılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Избранный
17
9
bizim.media

10Источники