Fransanın yeni hökumətində erməni nazirlər də yer alıb.Bu barədə yerli mətbuat məlumat yayıb.
Xüsusən Astrid Panosyan-Buve əmək və məşğulluq naziri təyin olunub. Qiyom Kasparyan isə dövlət qulluğu işləri, dövlət fəaliyyətinin sadələşdirilməsi və transformasiyası naziri vəzifəsini icra edəcək.
"Demokratik Hərəkat Partiyası"ndan olan Jan-Noel Barro yeni xarici işlər naziri təyin edilib. O, Fransa Prezidenti Emmanuel Makronun təklifi ilə Aİ-nin çiçəklənməsi və sənaye strategiyasına cavabdeh olan Avropa Komissiyasının vitse-prezidenti vəzifəsinə təyin edilmiş "İntibah" partiyasından olan Stefan Sejurneni əvəzləyəcək. Müdafiə naziri postu Sebastyen Lekornuya həvalə edilib.
www.anews.az