Cənubi Afrika Respublikasında gözlənilmədən yağan qar yollarda hərəkəti iflic edib.
"Unikal" xəbər verir ki, bu barədə "SABC News" məlumat yayıb.
Dünən gecə yağan güclü qardan sonra N3-də hərəkət edən sərnişinlər magistral yolda qalıblar. Telekanal qeyd edir ki, hazırda xilasetmə işləri aparılır.
"Ordu KvaZulu-Natalda ( Cənubi Afrika əyaləti - red) fəlakətin aradan qaldırılması səylərinə kömək etmək üçün yerləşdiriləcək ", - bəyanatda deyilir.
Cənubi Afrikanın Meteoroloji Xidməti artıq əyalətin cənub-qərb bölgələri üçün Ledismitdən Nəhənglər Qalasına qədər zərərli qar yağması barədə səkkizinci səviyyəli xəbərdarlıq edib.
Təsirə məruz qalan ərazilərin Drakensberg dağlarının ətəyində olduğu qeyd edilir.