RU

Murad Vəliyevin komandası evdə 4 cavabsız qola üzüldü

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) üzvü Murad Vəliyevin komandası “Nomme Yunayted” bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, bu gün Estoniya çempionatında 2024-cü il mövsümünün 29-cu turunun növbəti oyunları keçirilib.

“Nomme Yunayted” bu turda doğma meydanda “Narva Trans” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan ağır məğlubiyyətlə ayrılıb – 0:4.

“Nomme Yunayted”ə bu ilin fevral ayında qoşulmuş Vəliyev bu oyunun iştirakçısı olmayıb. Əvvəlki turlarda 2 qol vurmuş azərbaycanlı futbolçu bu dəfə sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, Murad Vəliyev müqavilə ilə Estoniyanın “Levadiya” klubuna məxsusdur. Sağ vinger olan 22 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin 31 dekabrına kimi “Nomme Yunayted”də icarə əsasında forma geyinəcək. O, bu komandanın heyətində 27 oyuna çıxıb, 2 qola və 1 avtoqola imza atıb.

Murad Latviyanın “Kalev” klubunun yetirməsidir. O, Almaniyanın “Rozenhaym” və “Bad Aiblinq” klublarının aşağı yaş qrupları üzrə komandalarında da oynayıb. 2022-ci ilin yanvar ayından “Levadiya”da çıxış edən vinger bu klubun əsas komandasında 46 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Murad Estoniyanın U-16 və U-18 yığmalarında oynasa da, 2022-ci ildən Azərbaycanın U-21 millisinə dəvət alır. O, yığmamızda 13 oyun keçirib və 1 qola imza atıb.

Sonda onu da qeyd edək ki, 2000-ci ildə yaradılmış “Nomme Yunayted” bu mövsüm tarixində ilk dəfə Estoniya çempionatında çıxış edir. Sözügedən komanda 29 turdan sonra 14 xalla 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Избранный
56
3
arena.az

10Источники