RU

Parlament seçkiləri ilə bağlı 6 cinayət işi başlayıb –Konstitusiya Məhkəməsi

Prokurorluq orqanlarına parlament seçkilərində seçki hüquqlarının pozulması ilə əlaqədar 13 şikayət təqdim edilib, onlardan 6-sı üzrə cinayət işi başlanıb.

Bunu Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında məruzəçi hakim Kamran Şəfiyev bildirib.

Digər şikayətlər aidiyyəti üzrə göndərilib. Şikayətlər seçkinin nəticələrinə təsir göstərməyib.

Bakı Apelyasiya Məhkəməsinə 25, Sumqayıt Apelyasiya Məhkəməsinə 8, Şəki Apelyasiya Məhkəməsinə 5, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə 1, Ali Məhkəməyə 12 ərizə daxil olub. Ali Məhkəməyə daxil olan 1 iş üzrə Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
5
azpost.info

6Источники