RU

BMT-nin Qaçqın Agentliyinin yüksək səviyyəli rəsmisi ADA Universitetində olub (FOTO)

Bakı. Trend:

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının iqlim fəaliyyəti üzrəxüsusi məsləhətçisi Endryu Harperin iştirakı ilə ADAUniversitetində "İqlim böhranının təsirləri: Didərginlik və artanrisklər" mövzusunda sessiya keçirilib. "29 İqlim Söhbətləri:COP29-a gedən yol" təşəbbüsü çərçivəsində təşkil olunan busessiyada iqlimlə əlaqədar didərgin düşmüş icmaların himayəsinin vəonların qlobal iqlim siyasətinə daxil edilməsinin vacibliyivurğulanıb.

Universitetdən Trend-ə verilən məlumata görə, ADA Universitetininprorektoru Dr. Fariz İsmayılzadə iştirakçıları salamlayaraq iqlimdəyişikliyi və didərginlik məsələlərini həll etmənin vacibliyiniqeyd edib. BMT-nin Azərbaycan üzrə Rezident Koordinatorununvəzifəsini müvəqqəti icra edən Nasar Hayat qonağı təqdim edərək,onun BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının iqlim böhranınacavab tədbirlərini və böyük qaçqın böhranlarını idarə etməsindəkimühüm rolundan danışıb.

ADA Universitetinin professoru Damjan Krnyeviç Mişkoviçtərəfindən aparılan interaktiv sessiyada Harper münaqişələrnəticəsində didərgin düşən insanların, eləcə də iqlimdəyişikliyindən təsirlənənlərin həssaslığını vurğulayıb. O qeydedib ki, qadınlar və uşaqlar kimi didərgin düşmüş icmalar resursçatışmazlığı və uyğunlaşma qabiliyyətinin olmaması səbəbindənçətinlikliklərlə qeyri-mütənasib şəkildə üzləşirlər. Müzakirələrdə,xüsusilə COP29 ərəfəsində, bu həssas əhali üçün iqlim maliyyəsininayrılmasının və onların qlobal iqlim siyasətinə daxil edilməsininvacibliyi vurğulanıb.

İtki və Zərər Fondu İdarə Heyətinin üçüncü iclasında iştiraketmək üçün Azərbaycana səfəri çərçivəsində Harper COP29-un müəyyənedilmiş Prezidenti, Azərbaycan Respublikasının Ekologiya və təbiisərvətlər naziri Muxtar Babayev və COP29-un baş danışıqçısınınmüşaviri, səfir Elşad İsgəndərovla görüşüb. MüzakirələrdəAzərbaycanın COP29-a hazırlıqları ilə yanaşı, zorla didərginsalınan əhalinin İtki və Zərər Fondu, adaptasiya mexanizmləri vəCOP danışıqları çərçivəsində məsləhətləşmələrdə və qərar qəbuletməproseslərində iştirakının zəruriliyi vurğulanıb.

Harper, xüsusən iqlim dəyişikliyi və didərginlik vəziyyətinintəsirlərinə ən çox məruz qalan qadınlar və uşaqlar üçün fizikitəhlükəsizlik məsələlərinin həllinin vacibliyini qeyd edib.Azərbaycanın iqlim məsələlərinin qlobal həlli istiqamətindəkiliderliyinə və əhəmiyyətli töhfələr verəcəyinə nikbin yanaşdığınıbildirən Harper, həssas durumda olan icmaların himayə olunması vəiqlim maliyyələşdirməsini gücləndirmək üçün qlobal əməkdaşlığın vədaha güclü maliyyə dəstəyinin əhəmiyyətindən danışıb.

BMT-nin təşəbbüsü ilə "29 İqlim söhbəti: COP29-a gedən yol"tədbirlər silsiləsi, Bakıda 2024-cü ilin noyabrında keçiriləcəkCOP29-a hazırlıq məqsədi ilə müxtəlif sahələr üzrə əməkdaşlığı vədialoqu inkişaf etdirməyə xidmət edir.

BMT-nin
BMT-nin
BMT-nin
BMT-nin
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
2
az.trend.az

3Источники