RU

“Azintelekom” və digər provayderlərdən şikayətlər artır – Mütəxəssis danışdı

Son zamanlar internet provayderlərindən şikayətlər artır. Ölkədə internetin qiyməti qalxsa da, keyfiyyətdə müsbət dəyişiklik müşahidə olunmur. Narazılıq yaradan şirkətlərdən biri də “Azintelekom” MMC-dir. Eyni zamanda, şirkətlə bağlı məhkəməyə üz tutanların sayında artım görmək olar.
Tribunainfo.az-a danışan İT mütəxəssisi Elvin Abbasovun sözlərinə görə, internetlə bağlı şikayətlər sosial şəbəkələrdə və televiziyaların sosial sorğularında geniş şəkildə öz əksini tapmaqdadır. E.Abbasov hesab edir ki, bunu bir neçə texniki səbəblə izah etmək olar: “İnternet limitlərinin 40 Mbit/s internet sürətini 100 Mbit/s-yə artırıldıqdan sonra kütləvi şəkildə, yəni vətəndaşlar tərəfindən çox sayda şikayətlərin olması təbiidir. Çünki bir çox modemlər köhnədir. Yəni 7-8 il əvvəl alınan modemlərdir. Onların 100 Mbit/s-i dəstəkləməməsi ehtimalı var. Dəstəkləsə də, o modemlərin yenidən tənzimlənməsi lazım ola bilər. Yəni yenidən baxış keçirilməli, düzgün tənzimlənmələr olmalıdır. Həmçinin, bəzi provayderlərin düzgün xidmət göstərməməsi halları var. Paylayıcıları düzgün bölgü edə bilmirlər. Onlar hər hansısa texniki səbəblərdən öz abonentlərini razı sala bilmirlər”.


Mütəxəssisə görə, bütün bu səbəblərin fonunda hər bir halda texniki baxış keçirilməlidir: “Çünki bəzi sosial müşahidələrimizdən, bəzilərində isə texniki olaraq mənalandıra bilmədiyimiz bir çox səbəblər dilə gətirilir. Bir çox insan bildirir ki, biz 18 manat ödəyəndə həyətə endikdə internet tuturdu, indi isə 25 manat ödəyirik həyətdə, ümumiyyətlə internet tutmur. Ümumiyyətlə çöldən gələn internet kabelini ayırsaq modemi işlək hala gətirsək, internet olmadan modemin wifi qurğusunun ötürücü siqnallarının əhatəsi dəyişməyəcək.
Ona görə də modemin wifi siqnallarının içindəki internetlə heç bir əlaqəsi yoxdur. Modemin wifi siqnalları harda zəif çəkirsə orada internet zəif olmalıdır, harada güclü çəkirsə güclü olmalıdır. Təbii ki, aldıqları limit və paket çərçivəsində. Bunun kimi bir çox səbəblər var ki, texniki müstəvidə baxış keçirilməlidir. Problemlər öz həllini tapmalıdır”.
Onun fikrincə, ümumiyyətlə yaxşı olar ki, internetin kabelini modemdən ayırıb bir noutbuk və ya komputerlə internet sürətini tam ölçsünlər və çöldən gələn internetin tam həcmini öyrənsinlər: “Ola bilsin ki, modemdə də müxtəlif nasazlıqlar ola bilər. İstənilən halda bütün problemlər texniki səviyyəyə əsaslanır və texniki müstəvidə də həlli var”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
tribunainfo.az

1Источники