RU

Birinci Qarabağ müharibəsi şəhidinin oğlu: "Atam yaralı yoldaşlarını yarı yolda buraxmayıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Atam həm döyüşürdü, həm də yoldaşlarına tibbi yardım göstərirdi".
Bunu Oxu.Az-a açıqlamasında Birinci Qarabağ müharibəsində itkin düşən və şəxsiyyəti müəyyənləşdirilərək bu gün dəfn olunan şəhid Mübariz Məmmədovun oğlu Yunis Məmmədov deyib.
"Atam müharibəyə könüllü yollanıb. Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Dostlarının dediyinə görə, yaralı yoldaşlarına kömək üçün gedib və itkin düşüb.
Axtarışlarla bağlı müraciət etmişdik, amma dövrün çətinliklərinə görə bir nəticəsi olmamışdı. Çox şükür ki, artıq bir məzarı var. Allah bütün şəhidlərimizə rəhmət etsin", - deyə Yunis Məmmədov əlavə edib.
Aytac Qasımova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
11
oxu.az

10Источники