Dövlət Gömrük Komitəsi (DGK) "OMS Savunma Sanayi Anonim Şirketi" ilə satınalma müqaviləsi bağlayıb. "DogruXeber.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, müqavilə narkotik izlərin aşkarlanması sisteminin (narko detektorlar) satın alınması ilə bağlıdır. Müqavilədən məlum olur ki, DGK şirkətdən 6 337 600 manatdır. Araşdırmalarımız zamanı məlum olub ki, "OMS Savunma Sanayi Anonim Şirketi" Türkiyədə təsis edilib. Şirkətin hüquqi ünvanı İstanbul şəhəri, Büyükşehir məhəlləsi, Bəylikdüzü küçəsi 5/1, mənzil 19-da yerləşir. Açıq mənbələrdə şirkət haqqında məlumatlar məhduddur. Yalnız o bəllidir ki, şirkət təyyarə, helikopter hissələri, motorların istehsalı ilə məşğuldur.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта