RU

General-leytenant: "Azərbaycan antiterror tədbirləri ilə bütün dünyaya dərs keçdi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Birinci Qarabağ müharibəsi, 2016-cı il Aprel döyüşləri, İkinci Qarabağ müharibəsi və ötən il həyata keçirilən lokal xarakterli antiterror tədbirləri dünya hərb elminə böyük töhfələr verdi".
Bu sözləri Oxu.Az-a Qarabağda keçirilən antiterror tədbirlərinin əhəmiyyəti haqqında danışan ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.
General-leytenant Azərbaycan Ordusunun istənilən müdaxiləyə cavab vermək gücündə olduğunu vurğulayıb:
"Ali Baş Komandan İlham Əliyevin də çıxışlarında vurğuladığı kimi, hazırda dünyanın ən böyük və aparıcı hərbi təhsil müəssisələrində, institutlarda Azərbaycan Ordusunun döyüş təcrübəsi öyrənilir. Azərbaycan separatçılar və xarici işğalçılar ilə necə danışmaq lazım olduğunu bütün dünyaya göstərdi. Belə genişmiqyaslı hərbi əməliyyatın 23 saat ərzində yekunlaşdırılması dünya tarixində görünməmiş bir hadisədir. Bu, çox önəmli bir nümunə və regionumuz üçün böyük təhlükənin aradan qaldırılması simvoludur.
Ona görə də indi heç kim ölkəmizə hərbi müdaxilə edə bilməz. Belə fikirdə olanlar bu dəqiqə regiona da müdaxilə etməyə çəkinirlər. Çünki ölkəmiz stabillik örnəyidir, Ordumuz elit səviyyədədir. Ali Baş Komandanın qeyd etdiyi kimi, müharibədən sonra xüsusi təyinatlıların sayı iki dəfə artırıldı. Bu o deməkdir ki, Azərbaycan Ordusu istənilən növ müdaxilə, eyni zamanda, böyük dövlətlərlə asimmetrik müharibə halında adekvat cavab vermək gücündədir.
Bu böyük bayram və Qələbə münasibətilə xalqımızı ürəkdən təbrik edirəm. Allah əziz şəhidlərimizə rəhmət etsin, ruhları şad olsun. Xatirələri hər zaman qəlbimizdə yaşayacaq. Ali Baş Komandan başda olmaqla Ordumuza, qazilərimizə eşq olsun!"
Söhrab İsmayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
50
oxu.az

10Источники