RU

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə (FOTO/VİDEO)

Bakı. Trend:

“AzerGold” QSC-nin təşəbbüsü və dəstəyi ilə Daşkəsən rayonununucqar Quşçu kəndinin mərkəzində kitab köşkü quraşdırılıb.

Cəmiyyətin hasilat fəaliyyəti apardığı bölgədə bu günə qədəricra etdiyi “Kitab sovqatı”, “Uşaq kitab dostu” kimi bir sırauğurlu maarifləndirici layihələrin davamı olan “Kitab köşkü” ətrafkənd sakinləri, xüsusilə uşaq və yeniyetmələr arasında mütaliəvərdişlərinin formalaşmasına, asudə vaxtın səmərəli təşkilinə vəkitabın kütləvi şəkildə təbliğinə dəstək göstərilməsinə xidmətedir.

Günün 24 saatı ərzində kənd sakinlərinin sərbəst şəkildəkitabları əldə etməsinə imkan yaradan “açıq kitabxana” tipli kitabköşkündə dünya klassiklərinin əsərləri, müasir Azərbaycan və dünyaədəbiyyatı inciləri, həmçinin biznes və özünüinkişaf istiqamətləriüzrə nəfis tərtibda dərc edilmiş ən yeni kitablar təqdim olunur.Oxucular seçdikləri kitabı mütaliə etdikdən sonra geri qaytarıbdigər kitablardan bəhrələnəcək, bununla yanaşı, paylaşmaqistədikləri nəşri köşkə hədiyyə etməklə digər oxucuların da mütaliəetmələrinə imkan yaradacaqlar.

Köşk rübdə bir dəfə yeni nəşrlərlə yenilənəcək. Qeydiyyatəsasında ən çox kitab mütaliə etmiş oxuculara Cəmiyyət tərəfindənhəvəsləndirici hədiyyələr təqdim olunacaq.

“Kitab
“Kitab
“Kitab
“Kitab
“Kitab
“Kitab
“Kitab
“Kitab
“Kitab
“Kitab
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
16
az.trend.az

10Источники