RU

Məşhur bloqer "Nas Daily" Azərbaycana valeh oldu: "Mütləq bu ölkədə olmalısınız"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dünyanın müxtəlif ölkələrindən maraqlı paylaşımları ilə tanınan və "YouTube"da 13,7 milyon abunəçisi olan məşhur amerikalı bloqer "Nas Daily" Azərbaycandan videoçarx hazırlayıb.
Oxu.Az bildirir ki, videoçarxı "YouTube" kanalında paylaşan bloqer: "Heç vaxt olmadığınız, amma mütləq olmalı olduğunuz ölkədən salamlar!" - sözləri ilə başlayıb.
Əsl adı Nuseyr Yasin olan müsəlman bloqer çarxı yəhudi həmkarı Ayja Mayrokla (Aija Mayrock) birlikdə çəkib. Bloqerlər Bakıdakı dini məbədlərdə olub, sakinlərlə görüşüb, şəhər və ümumilikdə ölkə barədə fikirlərini bölüşüblər.
Hər iki bloqer Azərbaycanda müxtəlif dinlərin, məzhəblərin və millətlərin birgəyaşayışına valeh olduqlarını dilə gətirib, ölkəmizi başqalarına nümunə göstərib.
Qeyd edək ki, Nuseyr Yasin bir neçə gün öncə Bakıda olduğunu və "Bakının Gözü"ndə görüş keçirəcəyini demiş və hər kəsi dəvət etmişdi.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
50
oxu.az

10Источники