Ukraynada davam edən müharibədə Rusiya ordusunun daha 1130 hərbçisi həlak olub.
Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilir ki, bununla da Ukraynada həlak olan Rusiya hərbçilərinin sayı 637 min 10 nəfərə çatıb.
Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son bir gündə 6 tank, 25 artilleriya sistemi və 3 zirehli döyüş maşınını məhv edib.
Daşqın HəsənovMissiya.Az