RU

Naxçıvan sakinlərinin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə işıq olmayacaq

Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti məlumat yayıb.

Bildirilib ki, saat 18:00-dan 19:00-a qədər 110/10 kilovoltluq "Koroğlu" yarımstansiyasından qidalanan 10 kilovoltluq elektrik verilişi xəttində təmir işləri aparılacaq. socar vakansiya

Qeyd edilib ki, təmir işləri ilə əlaqədar Nəsirəddin Tusi küçəsində, Saat Meydanı Turistik İstirahət Mərkəzi, "Grand" Hotel, Maliyyə Nazirliyi, Naxçıvan Şəhər Polis İdarəsi, Qaz İstismar İdarəsi və Fövqəladə Hallar Nazirliyinin inzibati binalarında elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
2
yenisabah.az

10Источники