RU

"Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirildi

style='margin-bottom:10px;'>

"Neftçi”nin ev oyunlarını keçirdiyi “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmadığına görə klub 7-ci turda “Qarabağ”a qarşı keçirəcəyi ev oyununun məkanının dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, “Neftçi Arena”da aparılan təmir işlərinin yekunlaşmadığını, “Neftçi” klubunun rəsmi müraciətini, “Qarabağ” klubunun rəsmi razılığını rəhbər tutan Peşəkar Futbol Liqası müvafiq qərarlar qəbul edib. 

Qərara əsasən, Misli Premyer Liqasının 7-ci turunun “Nefçi” - “Qarabağ” oyunu ilə 15-ci turun “Qarabağ” - “Neftçi” oyununun yeri dəyişdirilib.

Bu o deməkdir ki, 7-ci turun "Neftçi" - "Qarabağ" oyunu "Neftçi Arena"da keçirilməyəcək. Sentyabrın 20-də "Qarabağ" meydan sahibi kimi "Neftçi"ni "Azərsun Arena"da qəbul edəcək. Oyun saat 20:00-da başlanacaq.

Klubların əvəzedici heyətləri arasında baş tutacaq oyunların proqramı isə əvvəlcədən açıqlandığı kimi saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
13
teleqraf.com

10Источники