AZ

"Neftçi" - "Qarabağ" matçının yeri dəyişdirildi

style='margin-bottom:10px;'>

"Neftçi” klubunun ev oyunlarını keçirdiyi “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmadığına görə klub 7-ci turda “Qarabağ”a qarşı keçirəcəyi ev oyununun məkanının dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, “Neftçi Arena”da aparılan təmir işlərinin yekunlaşmadığını, “Neftçi” klubunun rəsmi müraciətini, “Qarabağ” klubunun rəsmi razılığını rəhbər tutan Peşəkar Futbol Liqası aşağıdakı qərarları qəbul edir:

Misli Premyer Liqasının 7-ci turunun “Nefçi” - “Qarabağ” oyunu ilə 15-ci turun “Qarabağ” - “Neftçi” oyununun yeri dəyişdirilsin.

7-ci turun “Qarabağ” - “Neftçi” oyunu 20 sentyabr saat 20:00-da “Azersun Arena”da oynanılsın.

Klubların əvəzedici heyətləri arasında baş tutacaq oyunların proqramı əvvəlcədən açıqlandığı kimi saxlanılsın.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
13
teleqraf.com

10Mənbələr