RU

ABŞ Trampın həyatına ikinci cəhddə şübhəli bilinir

ABŞ məhkəməsi Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına ikinci cəhddə şübhəli bilinən Rayan Uesli Rotu ittiham edib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə CNN məlumat yayıb.

İttihamlar odlu silah saxlamaqla bağlıdır. Söhbət məhkum edilmiş şəxsdə odlu silahın olması və sıra nömrəsi məhv edilmiş odlu silahın olmasından gedir.

Qeyd edək ki, bir gün əvvəl Floridada Donald Trampın qolf klubunda ABŞ prezidentliyinə namizəd kursda oynayarkən atışma baş verib. O, xəsarət almayıb. FTB hadisəni Trampa sui-qəsd cəhdi kimi araşdırır. Şübhəli şəxs saxlanılıb. Amerika mediası xəbər verir ki, bu, demokratları və Ukraynanı dəstəkləyən Havaydan olan 58 yaşlı Rayan Uesli Routdur. Bu hadisə Pensilvaniyada Trampa sui-qəsddən iki ay sonra baş verib. 

Əvvəllər Tramp sui-qəsd cəhdində Bayden və Harrisin izini görmüşdü.

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
21
50
oxu24.com

10Источники