AZ

İkinci sui-qəsd: Trampın reytinqi yenə qalxdı

İkinci sui-qəsddən sonra ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp yenidən rəqibi, ölkənin vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi qabaqlayıb.
 
Moderator.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Polimarket” nəşri məlumat yayıb.
 
Qeyd edək ki, dünən Trampa ikinci sui-qəsd cəhdi olub. Tramp özünə məxsus qolf klubundan çıxarkən hasarın üstündən, təxminən 300-400 metr məsafədən ona avtomat silahdan atəş açılıb. Məxfi Xidmət dərhal qarşılıq verib. Sui-qəsdə cəhd edən Rayan Uelsli Rut ərazidən qaçmağa nail olsa da, uzaqlaşa bilməyib və həbs olunub.
 
Xatırladaq ki, Trampa qarşı ilk sui-qəsd cəhdi iyulda Pensilvaniyada olmuşdu. O vaxt Tramp qulağından xəsarət almışdı.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
7
moderator.az

10Mənbələr