RU

Mask Trampa ikinci sui-qəsd cəhdinə reaksiya verib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-li milyarder İlon Mask qeyd edib ki, ölkə prezidenti və vitse-prezidentinə - Co Bayden və Kamala Harrisin həyatına heç kim sui-qəsd etməyə çalışmır, halbuki, ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına artıq iki dəfə sui-qəsd cəhdi olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Mask "X"dəki səhifəsində istifadəçilərdən birinin "Niyə Trampı öldürməyə çalışırlar?" sualına cavab olaraq yazıb.
Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasını bu seçkidə Baydenin təmsil edəcəyi güman edilirdi. Lakin iyun ayında Respublikaçılar Partiyasının namizədi Trampla televiziya debatında uğursuz çıxışından sonra Bayden partiya yoldaşlarının təzyiqi altında seçki yarışından çəkilməyə məcbur oldu. O, Harrisin namizədliyini dəstəklədi, avqust ayında isə bu namizədliyi Demokratlar Partiyası da təsdiqlədi.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
39
oxu.az

10Источники