RU

ARB xəbər proqramını efirdən çıxartdı - Əvəzində Ülvira…

"ARB Media Qrup"un tərkibinə daxil olan ARB televiziyasının efirindən xəbərlər buraxılışı çıxarılır.

Day.Az axar.az-a istinadən xəbər verir ki, kanalda 35-40 dəqiqəlik efir vaxtı olan və 20:00-da yayımlanan "ARB xəbər" buraxılışını Ülvira Qarayevanın aparıcılıq edəcəyi sosial proqram əvəzləyəcək.

Məlumata görə, sentyabrın 16-ı, saat 20:00-da "ARB xəbər"in sonuncu buraxılışı olacaq. Bundan sonra ARB televiziyasının tamamilə sosial mahiyyətli kanal kimi fəaliyyət göstərəcəyi bildirilir.

Qeyd edək ki, media qrupun nəzdində fəaliyyət göstərən ARB-24 televiziyası gündəm, siyasət, iqtisadiyyat xəbərlərini ehtiva edən xəbər bloku və proqramları ilə fəaliyyət göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
18
day.az

10Источники