AZ

ARB xəbər proqramını efirdən çıxartdı: Əvəzində Ülvira..

"ARB Media Qrup"un tərkibinə daxil olan ARB televiziyasının efirindən xəbərlər buraxılışı çıxarılır.

News365.az xəbər verir ki, kanalda 35-40 dəqiqəlik efir vaxtı olan və 20:00-da yayımlanan "ARB xəbər" buraxılışını Ülvira Qarayevanın aparıcılıq edəcəyi sosial proqram əvəzləyəcək.

Məlumata görə, sentyabrın 16-ı, saat 20:00-da "ARB xəbər"in sonuncu buraxılışı olacaq. Bundan sonra ARB televiziyasının tamamilə sosial mahiyyətli kanal kimi fəaliyyət göstərəcəyi bildirilir.

Qeyd edək ki, media qrupun nəzdində fəaliyyət göstərən ARB-24 televiziyası gündəm, siyasət, iqtisadiyyat xəbərlərini ehtiva edən xəbər bloku və proqramları ilə fəaliyyət göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
18
news365.az

10Mənbələr