RU

Super Liqa: “Beşiktaş”dan yeni mövsümün ilk derbisində heç-heçə

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 5-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

“Alanyaspor” – “Hatayspor” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Kayserispor” – “Eyüpspor” matçında qalib müəyyənləşməyib.

Mövsümün ilk derbisində – “Trabzonspor”la “Beşiktaş”ın oyununda da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Kasımpaşa”nın qonağı olan lider “Fənərbaxça” isə turu inamlı qələbə ilə başa vurub.

5-ci tura sentyabrın 16-da keçiriləcək “Antalyaspor” – “Adana Dəmirspor” matçı ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
5-ci tur
14 sentyabr

Samsunspor – Konyaspor 0:1
Qol: Pedrinyo, 30.

Sivasspor – Qaziantep 3:2
Qollar: Manay, 37. Balde, 69. Paluli, 83 – Maksim, 8-pen. Kodro, 88.

Bodrumspor – Başakşəhər 0:1
Qol: Duarte, 90+1.

Qalatasaray – Rizəspor 5:0
Qollar: D.Sançes, 3. A.Bardakçı, 25. Q.Sara, 49. Mertens, 61. B.A.Yılmaz, 80.

15 sentyabr

Kasımpaşa – Fənərbaxça 0:2
Qollar: Sent-Maksimin, 22. Tadiç, 39-pen.

Kayserispor – Eyüpspor 2:2
Qollar: A.Kocaman, 64. Nazon, 69 – Tiam, 21. Says, 36.

Alanyaspor – Hatayspor 0:0

Trabzonspor – Beşiktaş 1:1
Qollar: O.Yokuşlu, 17 – J.Fernandes, 39.

16 sentyabr

21:00. Antalyaspor – Adana Dəmirspor

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
6
arena.az

7Источники