AZ

Super Liqa: “Antalyaspor” Adanadan 1 xalla qayıtdı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 5-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

“Antalyaspor” doğma meydanda “Adana Dəmirspor”la qarşılaşıb. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Beləliklə, 5 turdan sonra 13 xala malik “Fənərbaxça” vahid liderdir. 4 oyuna maksimum xal (12) toplamış son çempion “Qalatasaray” ikincidir. “Başakşəhər” və “Beşiktaş”ın isə 10 xalı var. “Eyüpspor” 9, “Konyaspor” və “Sivasspor” 7, “Göztəpə” və “Samsunspor” 6, “Kasımpaşa” və “Antalyaspor” 5 xal toplayıblar.

Türkiyə, Super Liqa
5-ci tur
14 sentyabr

Samsunspor – Konyaspor 0:1
Qol: Pedrinyo, 30.

Sivasspor – Qaziantep 3:2
Qollar: Manay, 37. Balde, 69. Paluli, 83 – Maksim, 8-pen. Kodro, 88.

Bodrumspor – Başakşəhər 0:1
Qol: Duarte, 90+1.

Qalatasaray – Rizəspor 5:0
Qollar: D.Sançes, 3. A.Bardakçı, 25. Q.Sara, 49. Mertens, 61. B.A.Yılmaz, 80.

15 sentyabr

Kasımpaşa – Fənərbaxça 0:2
Qollar: Sent-Maksimin, 22. Tadiç, 39-pen.

Kayserispor – Eyüpspor 2:2
Qollar: A.Kocaman, 64. Nazon, 69 – Tiam, 21. Says, 36.

Alanyaspor – Hatayspor 0:0

Trabzonspor – Beşiktaş 1:1
Qollar: O.Yokuşlu, 17 – J.Fernandes, 39.

16 sentyabr

Antalyaspor – Adana Dəmirspor 1:1
Qollar: S.Larsson, 50 – S.Kavrazlı, 84.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
6
arena.az

7Mənbələr