RU

KXDR Cənubi Koreyaya yenidən zibil şarları göndərib

KXDR yenidən zibillə dolu olduğu güman edilən hava şarlarını Koreya Respublikasına doğru göndərib.

Bu barədə Cənubi Koreya paytaxtının hakimiyyət orqanları məlumat yayıb.

Seul meriyası xəbərdarlıq edib ki, şarlardakı əşyalardan ehtiyatlanmaq vacibdir.

Qeyd edək ki, Şimali Koreya tərəfindən cənub qonşusuna tərəf göndərilən zibil şarları artıq mütəmadi hal alıb. Buna qarşılıq olaraq Cənubi Koreya KXDR-ə təbliğat vərəqələri yollayır.//Oxu.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
47
3
musavat.com

10Источники