Bu gün Bakıda təşkil olunan “Formula 1” üzrə Azərbaycan Qran-Prisinin ikinci gününə start veriləcək. Yeniavaz.com xəbər verir ki, əvvəlcə pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər. Daha sonra “Formula 2”də sprint yarışı keçiriləcək. Günün sonunda isə birinci dərəcəli sürücülər sıralama turunda iştirak edəcəklər. Azərbaycan Qran-prisi: İkinci günün proqramı 14 sentyabr 12:30. “Formula 1”: Üçüncü sərbəst yürüş 14:15. “Formula 2”: Sprint yarışı 16:00. “Formula 1”: Sıralama turu Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.