RU

“Formula-1”ə gedəndə bu əşyaları azarkeşlər zonasına aparmaq olmaz

Formula 1 Qatar Airways Azərbaycan Qran Pri 2024 yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısı açıqlanıb.

 

Senzor.az DİN-in Mətbuat Xidmətinə istinadən bildirir ki, ictimai asayişə potensial zərər və zədə gətirə biləcək əşyaların yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağandır.

 

Azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısı:

 

- Heyvanlar (fiziki məhdudiyyətli insanlara yardım göstərən xidməti heyvanlar istisna olmaqla);

 

- Spirtli içkilər, su qabları və hər növ içki qablaşdırmaları (uşaq üçün olan istisna olmaqla);

 

- Qidalar və içkilər (uşaq üçün olan istisna olmaqla);

 

- Odlu silah, soyuq silah və digər qeyri-döyüş silah oxşarları, fişənglər, alovlandırıcılar;

 

- Lazer işıqları, rolik, skeytbord, seqvey, velosiped, skuter;

 

- Oturacağın altına yerləşməyən iri əşyalar, oturacaqlar və əyləşmək üçün digər ləvazimatlar (fiziki məhdudiyyətlilər istisna olmaqla);

 

- Dronlar və digər uçan cihazlar;

 

- Megafon və buna oxşar cihazlar daxil olmaqla səs gücləndiriciləri və musiqi alətləri;

 

- Soyuducu qutular, piknik üçün səbətlər;

 

- Provokativ rəmzlər və şəkillər, dini, siyasi ifadələr və şüarlar, təhqiredici banerlər və əşyalar;

 

- İri əşyalar və bel çantaları;

 

- Tutacağı 1 metrdən uzun olan bayraqlar və çətirlər;

 

- Peşəkar video çəkən cihazlar və obyektivi 30 sm-dən uzun olan fotokameralar.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
26
24
senzor.az

10Источники