AZ

Formula 1-ə gedəndə bunları aparmaq olmaz - Siyahı

Formula 1-ə gedəndə bunları aparmaq olmaz - Siyahı




Formula 1 Qatar Airways Azərbaycan Qran Pri 2024 yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısı açıqlanıb.AzFakt.com DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışların keçirildiyi məkana, ictimai asayişə potensial zərər və zədə gətirə biləcək əşyaların yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağandır.Azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısı:- Heyvanlar (fiziki məhdudiyyətli insanlara yardım göstərən xidməti heyvanlar istisna olmaqla);- Spirtli içkilər, su qabları və hər növ içki qablaşdırmaları (uşaq üçün olan istisna olmaqla);- Qidalar və içkilər (uşaq üçün olan istisna olmaqla);- Odlu silah, soyuq silah və digər qeyri-döyüş silah oxşarları, fişənglər, alovlandırıcılar;- Lazer işıqları, rolik, skeytbord, seqvey, velosiped, skuter;- Oturacağın altına yerləşməyən iri əşyalar, oturacaqlar və əyləşmək üçün digər ləvazimatlar (fiziki məhdudiyyətlilər istisna olmaqla);- Dronlar və digər uçan cihazlar;- Megafon və buna oxşar cihazlar daxil olmaqla səs gücləndiriciləri və musiqi alətləri;- Soyuducu qutular, piknik üçün səbətlər;- Provokativ rəmzlər və şəkillər, dini, siyasi ifadələr və şüarlar, təhqiredici banerlər və əşyalar;- İri əşyalar və bel çantaları;- Tutacağı 1 metrdən uzun olan bayraqlar və çətirlər;- Peşəkar video çəkən cihazlar və obyektivi 30 sm-dən uzun olan fotokameralar.




Xəbərin oxunma sayı :
13

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
24
azfakt.com

10Mənbələr