RU

Rusiya Donetski atəşə tutdu: BQXK-nın 3 ƏMƏKDAŞI ÖLDÜ

Rusiya hərbçilərinin Donetsk vilayətinin Verolubovka kəndini atəşə tutması nəticəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin 3 əməkdaşı həlak olub.

Korrespondent.az yerli Kİv-ə istinadən bildirir ki, bu barədə Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Dmitri Lubinets öz Teleqram kanalında məlumat verib.

“Rusiya ordusunun Donetsk vilayətinin Verolubovka kəndini artilleriya atəşinə tutması nəticəsində BQXK-nın Ukrayna vətəndaşı olan üç əməkdaşı həlak olub, daha iki işçi isə yaralanıb. BQXK əməkdaşları yük maşınları ilə humanitar yardımın daşıyırdılar”, - deyə o yazıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
9
korrespondent.az

10Источники