RU

Stoltenberq Münhen Təhlükəsizlik Konfransının sədri olacaq

NATO-nun Baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransının yeni sədri olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb. Yens Stoltenberq 2025-ci ilin fevralından etibarən Münhen Təhlükəsizlik Konfransının sədri vəzifəsini icra edəcək. Qeyd edək ki, 2022-ci ildən vəzifədə olan Kristof Housgen sədr vəzifəsini tərk edəcək.

Stoltenberq 2014-cü ildən NATO-nun Baş katibidir. Onu baş katib vəzifəsində oktyabrın 1-də Niderlandın keçmiş Baş naziri Mark Rutte əvəz edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
9
buta.tv

10Источники