AZ

Stoltenberq Münhen Təhlükəsizlik Konfransının sədri olacaq

NATO-nun Baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransının yeni sədri olacaq.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə "Politiko" məlumat yayıb.

Yens Stoltenberq 2025-ci ilin fevralından etibarən Münhen Təhlükəsizlik Konfransının sədri vəzifəsini icra edəcək.

Qeyd edək ki, 2022-ci ildən vəzifədə olan Kristof Housgen sədr vəzifəsini tərk edəcək.

Stoltenberq 2014-cü ildən NATO-nun Baş katibidir. Onu baş katib vəzifəsində oktyabrın 1-də Niderlandın keçmiş Baş naziri Mark Rutte əvəz edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
9
olaylar.az

10Mənbələr