RU

Zelenskidən G-20-yə sual: "Həbs edilməli olan şəxslə necə masa arxasında oturacaqsız"

"Braziliyanın G20 görüşünə gəlməli olan Vladimir Putini həbs edib-etməyəcəyi sualı açıq qalır".

HİT.az xəbər verir ki, bunu Braziliyanın “Metropoles” nəşrinə müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.

"Məsələn, Braziliya Roma Statunu tanıyır. Braziliya bu il G20 toplantısına ev sahibliyi edəcək. Bəs görəsən Putin necə həbs oluna bilər? Bu, çox ciddi məsələdir", deyə Zelenski bildirib.

O əlavə edib ki, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən barəsində həbs qərarı çıxarılan şəxslə danışıqlar masası arxasına əyləşəcək dünyanın aparıcı dövlətlərinin rəhbərlərinə suallar açıq qalır.

"Mənim G20-yə bir sualım var, xüsusən də demokratiyanı qoruyan və beynəlxalq hüquqa hörmət etdiklərini deyən ölkələrə. Beynəlxalq Cinayət Məhkəməsinin Putin üçün verdiyi həbs qərarı, yeri gəlmişkən, uşaqlara görədir. Beləliklə, mənim G-20yə sualım var: Onlar həbs edilməli olan şəxslə necə masa arxasında oturacaqlar və dialoqu davam etdirəcəklər?", deyə Zelenski qeyd edib.

Qeyd edək ki, 2023-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsi uşaqların Ukraynadan qanunsuz deportasiyası və ukraynalıların Rusiyaya qeyri-qanuni köçürülməsi şübhəsi ilə Putinin həbsinə order verib.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
71
23
hit.az

10Источники