Bakı. Trend:
Sentyabrın 10-da ölkə ərazisində qeydə alınan 41, əvvəlkidövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.
DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarışdaolduğuna görə ümumilikdə 112, o cümlədən borclu şəxs qismindəaxtarışda olan 95 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvilverilib.
Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.