Bakı. Trend:
Sentyabrın 12-də ölkə ərazisində qeydə alınan 35, əvvəlkidövrlərdən bağlı qalan 18 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, axtarışdaolduğuna görə ümumilikdə 139, o cümlədən borclu şəxs qismindəaxtarılan 107 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.