Azərbaycan Mərkəzi Bankı (AMB) “Multi Solutions” MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.
Bu barədə Banco.az AMB-yə istinadən xəbər verir.
Məlumata görə, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.
"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - deyə AMB bəyan edib.