RU

Google istifadəçiləri İstanbul hava limanını Avropanın ən yaxşısı seçiblər

Bakı, TurkicWorld

Google istifadəçilərinin şərhləri əsasında İstanbul Hava Limanı Avropanın ən yaxşı hava limanı seçilib.

TurkicWorld xəbər verir ki, bu barədə İstanbul Hava Limanı (İGA) Operatoru, İGA-nın Baş İcraçı Direktoru Selahettin Bilgen açıqlama verib.

"Google şərhlərində də göründüyü kimi, bizi seçən və uğurumuza töhfə verən hər kəsə dərin minnətdarlığımızı bildiririk.” – deyə o qeyd edib.

Məlumat üçün bildirək ki, Avropa hava limanları arasında Google istifadəçilərinin şərhləri üzərində aparılan araşdırmanın nəticələrinə görə, 100 mindən çox Google şərhinə görə İstanbul Hava Limanı 4,4 balla birinci yerdə qərarlaşıb.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
57
35
turkic.world

10Источники