RU

Kamala Harris Donald Trampa qarşı: sabah teledebat olacaq

Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris respublikaçı Donald Trampla teledebata hazır olub-olmaması ilə bağlı suala müsbət cavab verib. Debat sabah, sentyabrın 10-da baş tutacaq.

Xanım Harris əri ilə Pittsburq yaxınlığındakı Milli Qvardiyanın bazasında gəzərkən jurnalistlərə danışıb. “The New York Times” xəbər verir ki, ondan debata hazır olub-olmadığını soruşduqda, demokrat barmağını qaldıraraq “Hazıram” dedi. Debat ABC News-da baş tutacaq.

Prezident seçkiləri noyabrın 5-də keçiriləcək.” The New York Times” və “Siena College” İnstitutunun keçirdiyi sorğuya əsasən, Trampı respondentlərin 48%-i, xanım Harrisi isə 47%-i dəstəkləyir. “RealClearPolitics” sorğu toplayıcısına görə isə Demokratların Respublikaçılar qarşısında 48,3%-in 46,3 % qarşı üstünlüyü var.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
104
50
editor.az

10Источники