AZ

Harris Trampla teledebatlara hazır olduğunu AÇIQLADI

Demokratlar Partiyasından ən yüksək hökumət postuna namizəd olan ABŞ-ın vitse-prezidenti Kamala Harris rəqibi respublikaçı Donald Trampla teledebatlara hazır olduğunu açıqlayıb.

OXU24.COM  xəbər verir ki, sentyabrın 8-də jurnalistlərdən birinin müvafiq sualını cavablandıran Harris baş barmağını yuxarı qaldıraraq Trampla debat etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, prezidentliyə namizədlər arasında debat sentyabrın 10-da “ABC” kanalı tərəfindən Pensilvaniya ştatının Filadelfiya şəhərində keçiriləcək. Yekun qaydalar hələ sentyabrın 5-də təsdiq edilib.

Xüsusilə, Tramp və Harrisdən mikrofonu söndürməklə rəqibinin çıxışının sonunu gözləmələri tələb olunacaq və cavab müddəti iki dəqiqə ilə məhdudlaşdırılacaq. Yalnız görüş moderatorları əvvəlcədən hazırlanmış qeydlərdən istifadə edərək sual verə biləcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
18
oxu24.com

10Mənbələr