RU

Azərbaycan idmançıları V Dünya Köçəri Oyunlarının açılışında iştirak ediblər

Sentyabrın 8-də Astanada V Ümumdünya Köçəri Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

AZƏRTAC-ın məlumatına görə, "Astana Arena" stadionunda reallaşan mərasimdə əvvəlcə iştirakçı ölkələrin təntənəli paradı keçirilib. Tribunalar qarşısından keçən atletlər arasında Azərbaycan idmançıları da yer alıb.

Açılış mərasiminə gətirilən Qazaxıstanın dövlət bayrağı və Ümumdünya Köçəri Oyunlarına aid bayraq havaya qaldırılıb, eləcə də Qazaxıstanın Dövlət Himni və Ümumdünya Köçəri Oyunlarının himni səsləndirilib.

Mərasimdə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oyunları rəsmən açıq elan edib.

Tədbir, həmçinin V Dünya Köçəri Oyunlarının Təşkilat Komitəsinin sədri Roman Sklyar və Dünya Etnoidman Konfederasiyasıstan rəhbəri Rüstəm Minnixanov, Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdıməhəmmədov, Saxa (Yakutiya) Respublikasının başçısı Anın prezidenti Bilal Ərdoğan çıxış ediblər.

Bu böyük idman hadisəsinin açılış mərasimində iştirak etmək üçün Astanaya gələn yüksək səviyyəli qonaqlar arasında Tatarıysen Nikolayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstanın dövlət başçısı Sadır Japarov da olub.

Qeyd edək ki, Astananın ən yaxşı idman meydançalarında 21 yarış növü üzrə mübarizə aparılacaq. Bunlara at yarışları, milli güləş növləri, ənənəvi intellektual oyunlar, döyüş növləri üzrə yarışlar, ənənəvi oxatmadan oyunlar, quşlarla ənənəvi ov növləri, at üstündə yarışlar, xalq oyunları daxildir.

Bu böyük tədbir çərçivəsində 10 hektar ərazidə "Köşpendiler Əlemi" ("Köçərilər Dünyası") etnoaulu qurulub. Burada hər kəs qazax xalqının zəngin dünyasına dala və köçəri xalqların özünəməxsus mədəniyyəti ilə tanış ola bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
77
7
yeniazerbaycan.com

10Источники