AZ

Azərbaycan idmançıları V Dünya Köçəri Oyunlarının açılışında iştirak ediblər

Astanada sentyabrın 8-də V Dünya Köçəri Oyunlarının təntənəli açılış mərasimi olub.

QAZÌLER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, mərasim "Astana Arena" stadionunda 3 min sənətçinin iştirakı ilə reallaşıb.

Əvvəlcə iştirakçı ölkələrin komandaları əlifba sırası ilə ayrı-ayrı qruplar şəklində təntənəli yürüş ediblər. Azərbaycan idmançıları da bu yürüşdə yer alıblar.

Yarışlarda Azərbaycan 8 növ üzrə 54 idmançı ilə təmsil olunur.

V Dünya Köçəri Oyunları sentyabrın 13-dək davam edəcək. Tədbirdə 89 ölkədən təxminən 2800 iştirakçının qatılması gözlənilir. Oyunlarda 21 idman növü üzrə 97 dəst medal uğrunda mübarizə aparılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
11
qaziler.az

10Mənbələr