Ukrayna PUA-ları Belqorod vilayətində yanacaq anbarına hücum edib
Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Belqorod vilayətinin Volokonovski rayonunda yanacaq anbarına hücum edib və yanğın baş verib. Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün “Telegram” kanalında məlumat verib. “Hücumdan sonra yanacaq anbarına dəymiş zərər barədə məlumat dəqiqləşdirilir. Bütün əməliyyat xidmətləri yerində işləyir”, - qubernator əlavə edib.