Bakı. Trend:
Fransanın paytaxtında keçirilən Paris-2024 Paralimpiya Oyunlarıdavam edir.
Trend İdman.biz-ə istinadənxəbər verir ki, paraüzgüçü Raman Saley (S12 kateqoriyası) növbətimedal uğrunda mübarizəyə qoşulub.
O, 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə bürüncqazanıb. 58,13 saniyəlik nəticə göstərən paraüzgüçümüz finişxəttinə üçüncü çatıb. Bu, onun yarışlarda 3-cü medalı olub.
Qeyd edək ki, Roman Saley bunadək Parisdə 1 gümüş və 1 bürüncmedal qazanıb.