RU

“Araz-Naxçıvan” Sumqayıtda 5 qola sevindi

Azərbaycan millisinin oyunlarına görə Premyer Liqada yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” yoxlama görüşü keçirib.

Arena.az xəbər verir ki, “qırmızı-ağlar” bu gün Sumqayıtın eyniadlı komandası ilə qarşılaşıblar.

Qarşılaşma “Sumqayıt Arena”da baş tutub. Naxçıvan təmsilçisi rəqibini 5:1 hesabıyla məğlub edib. Qonaqların heyətində ilk hissədə Benni (Bernardo Oliveyra Dias) cərimə zərbəsini dəqiq yerinə yetirib. İkinci hissədə isə Felipe Santos və Ramon Maçado hərəyə 2 qol vurublar.

Qeyd edək ki, 5 turdan sonra 4 oyun keçirmiş “Araz-Naxçıvan” 7 xalla Premyer Liqanın turnir cədvəlində 4-cü sırada qərarlaşıb. 5 oyuna 6 xalı olan “Sumqayıt” isə turnir cədvəlinin 6-cı pilləsindədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
80
arena.az

1Источники