RU

Azərbaycanda güllələnərək öldürülən həkimin SON GÖRÜNTÜLƏRİ – VİDEO

Xəbər verdiyimiz kimi, avqustun 27-də səhər saat 9 radələrində Zaqatala rayonunun Aşağı Tala kəndində 1946-cı il təvəllüdlü Tariyel Əhmədov odlu silahdan açılan atəşlə qətlə yetirilib.

Bakıvaxtı.az xəbər verir ki, rayonda tanınmış həkim olan T.Əhmədovun güllələnərək öldürülməmişdən bir neçə gün əvvəl çəkilmiş görüntüləri yayılıb. Görüntülərdə video çəkən şəxs

T.Əhmədova pianoda ifa etməsini və bu görüntülərin xatirə qalmasını bildirib.

Həmin videonu təqdim edirik:

Qeyd edək ki, 77 yaşlı həkimi güllələyən 1960-cı il təvvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb. 

Bildirilir ki, T.Əhmədovla tanışı Həsən Davudov arasında bir müddət imiş pul məsələsinə görə narazılıq olub. Hətta tərəflər arasında məhkəmə çəkişməsi də davam edirmiş.

Hadisənin də bu zəmində baş verməsi ehtimal edilir.

Kərim Abbaszadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
54
1
bakivaxti.az

1Источники