RU

AQTİ 12 min manata saytını yeniləyir

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) keçirdiyi tender müsabiqəsinin qalibi bəlli olub.
Yeniavaz.com xəbər verir ki, AQTİ-nin 12 min manat 60 qəpik dəyərindəki tenderini “Professional İT” MMC (VÖEN – 1401724481) udub.
Şirkət sözügedən məbləğ qarşılığında AQTİ-yə məxsus “afsi.gov.az” veb saytının yenidən qurulması, modulların hazırlanması və bir illik texniki dəstək xidmətini göstərəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat “Professional İT” MMC -nin qanuni təmsilçisi Anoxina İradə Vaqif qızıdır. İradə Anoxina eyni zamanda “Alimok” MMC-nin qanuni təmsilçisi və “Finans Lizinq” ASC-nin Audit komitəsinin üzvü olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
51
9
tribunainfo.az

10Источники