RU

Dan Marius Mitu: "Bu nəticə mənim xoşuma gəlmədi"

"Bu mərhələyə yaxşı başladıq".
Sport24.az xəbər verir ki, bunu İdman.bizə minifutbol üzrə "Birbaşa Bakı"nın baş məşqçisi Dan Marius Mitu deyib.
O, Çempionlar Liqasının qrup mərhələsində keçirdikləri matçı şərh edib. Rumıniyalı mütəxəssis turun ilk matçında İspaniyanın "Malaqa" (2:2) klubu ilə qarşılaşdıqları oyun barədə danışıb:
 
"Hesabda 2-0 öndə idik. O anda düşünürdüm ki, matç bitdi. Ona görə də meydana sərt oynamağa öyrəşməyən çoxlu oyunçu çıxardım. Lakin rəqib təhlükəli oyun göstərməyə başladı. Belə vəziyyətdə narahat oldum. Təbii ki, nəticə əhval-ruhiyyəmizə təsir etmədi. Biz özümüzə arxayınıq. Amma həmişə ehtiyatlı olmalıyıq. Təəssüf ki, bu nəticə mənim xoşuma gəlmədi, amma ümid edirəm ki, hər şey yaxşıya doğru gedəcək".
 
O, həmçinin, E qrupunda "Livorno"nu (İtaliya) 3:1 hesabı ilə məğlub etdikləri matçı da dəyərləndirib: "Qələbə qazandıq. Amma bu nəticədə məni qane etmir. Daha yaxşılarını edəcəyik. Qalib olsaq da, daha artığını bacarmaq gücündəyik".
 
Onun sözlərinə görə "Brno"ya (Çexiya) qarşı keçirəcəkləri matçda da qələbə qazanacaqlarına ümid edir: "İnanıram ki, komandam qələbə üçün əlindən gələni edəcək. Qrupu birinci pillədə başa vuracağıq".
Qeyd edək ki, "Brno"- "Birbaşa Bakı" qarşılaşması Polşada Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
98
sport24.az

1Источники