Olaylar bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
"2015 ya 2016-cı ildə mən Durovu görüşə çağırdım və ona dedim: Baxın, siz nə etdiyinizi yəqin başa düşürsünüz, bu, dövlət üçün təhlükəsiz olmaya bilər. Terrorçular bundan istifadə edə bilərlər. Buna görə də, gec-tez bu şifrələmə açarlarını sizə verməli olacaqsınız. O isə cavabında bildirdi ki, bunu heç vaxt heç kimə verməyəcək. Məncə, o, həqiqətən buna inanır", - Medvedyev bildirib. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31