AZ

Durov Teleqramın şifrələrini Fransaya verəcək - Medvedyev

Bu yaxınlarda Parisdə saxlanılan Teleqramın təsisçisi Pavel Durov bunu istəməsə də, müəyyən şərtlərlə şifrələmə açarlarını Fransa kəşfiyyat xidmətlərinə verə bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

"2015 ya 2016-cı ildə mən Durovu görüşə çağırdım və ona dedim: Baxın, siz nə etdiyinizi yəqin başa düşürsünüz, bu, dövlət üçün təhlükəsiz olmaya bilər. Terrorçular bundan istifadə edə bilərlər. Buna görə də, gec-tez bu şifrələmə açarlarını sizə verməli olacaqsınız. O isə cavabında bildirdi ki, bunu heç vaxt heç kimə verməyəcək. Məncə, o, həqiqətən buna inanır", - Medvedyev bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
6
milli.az

7Mənbələr