“Qarabağ” Avropa Liqasının Liqa mərhələsindəki rəqibi “Lion” növbəti transferini həyata keçirib. SİA xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Fransa təmsilçisi“Marsel”dən yarımmüdafiəçi Jordan Veretunu transfer edib. 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Məlumata görə, transfer üçün 4 milyon avro ödənilib və əlavə 3 milyon avroya qədər bonuslar nəzərdə tutulub.
Qeyd edək ki, Veretu 2022-ci ildən “Marsel”də çıxış edirdi. O, karyerası ərzində “Nant”, “Aston Villa”, “Fiorentina” və “Roma”da forma geyinib.