RU

Durova altı ay müddətinə Fransanı tərk etmək qadağan edildi

Fransa məhkəmə sistemi Telegram-ın həmtəsisçisi Pavel Durovun 2025-ci ilin mart ayına qədər ölkədən çıxışına qadağa qoyub.


Sfera.az xəbər verir ki, bu barədə Paris Match məlumat yayıb.


Nəşr vurğulayıb ki, Durov əvvəllər təyin edilmiş 5 milyon avroluq girovu hissə-hissə ödəyəcək. İlk hissə bir milyon, qalan dördü isə beş aylıq ödənişlər şəklində olacaq.
 

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya hakimiyyətinin Telegram messencerinin yaradıcısı Pavel Durova qarşı heç bir şikayəti yoxdur və olmayıb.
 

Putinin sözlərinə görə, Rusiyadan iddiaların olmamasına baxmayaraq, bir çox ölkələr Durova qarşı ittihamlar irəli sürür. Prezident Telegram-ın təsisçisi ilə bu ilin avqustunda Bakıda görüşü barədə məlumatları da təkzib edərək, onunla uzun illər əvvəl Moskvada yalnız bir dəfə görüşməsinə aydınlıq gətirib.
 

Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb . Sahibkar ölkəyə Azərbaycandan gəlib. O , qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə olunması da daxil olmaqla altı cinayətdə ittiham olunur. Telegram-ın təsisçisi 5 milyon avro girov müqabilində məhkəmə nəzarətinə götürülüb və onun Fransadan çıxışı da qadağan edilib.

İnci

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
103
50
sfera.az

10Источники